...

İrland dənizi üzərində vertolyot itib

Dünya xəbərləri Materials 30 Mart 2017 06:55 (UTC +04:00)
Göyərtəsində beş nəfər olan vertolyot İrland dənizi üzərində radarlardan itib
İrland dənizi üzərində vertolyot itib

Bakı. Trend:

Göyərtəsində beş nəfər olan vertolyot İrland dənizi üzərində radarlardan itib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, bu barədə Irish Times qəzeti xəbər verib.

Qeyd olunur ki, hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

Böyük Britaniyanın sahil mühafizə xidmətinin məlumatına görə, Twin Squirrel özəl vertolyot axşam Milton-Kinsdən Dublinə yola düşüb. O, Uelsdə Kaernafon şəhəri yaxınlığında yerləşən körfəz rayonunda yoxa çıxıb.

Bildirilir ki, pis hava şəraiti axtarışları daha da çətinləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti