Bakı. Trend:
ABŞ-ın dövlət katibi Reks Tillerson bu dəqiqələrdə artıq Moskvadadır. Trend-in məlumatına görə, dövlət katibinin təyyarəsi Moskavnın Vnukovo aeroportuna yerli vaxtla 16:38-də enib.
R.Tillersonun Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.
Qeyd ki, bu, yeni ABŞ dövlət katibinin Rusiyaya ilk səfəridir.