...

Türkiyədə vertolyot qəzası: 12 ölü (YENİLƏNİB-3) (FOTO)

Dünya xəbərləri Materials 18 Aprel 2017 18:38 (UTC +04:00)
Türkiyənin Tunceli vilayətində qəzaya uğrayan vertolyotun koordinatları məlum olub.
Türkiyədə vertolyot qəzası: 12 ölü (YENİLƏNİB-3) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:01-də yayılıb)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Tunceli vilayətində qəzaya uğrayan vertolyotun qalıqları tapılıb.

Trend-in məlumatına görə, helikopterdə olan 12 nəfər hadisə nəticəsində həlak olub.

X X X

16:21

Türkiyənin Tunceli vilayətində qəzaya uğrayan vertolyotun koordinatları məlum olub.

Trend-in məlumatına görə, ekipaj üzvlərindən biri "112 - təcili xilasetmə mərkəzi"nə zəng edərək 7 yaralının olduğunu bildirib.

X X X

15:01

Türkiyənin cənub-şərqində Tunceli vilayətində vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, vertolyotda 12 nəfər olub, onlardan 7-si polis, biri hakim, biri hərbi qulluqçu, 3-ü isə ekipaj üzvü olub.

Qəzaya ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti