Bakı. Trend:
Taylandın cənub əyalətlərində ardıcıl planlaşdırılmış 13 partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə ölkənin Üçüncü Milli Telekanalı xəbər verib.
Məlumata görə, partlayışlar yerli vaxtla saat 19.00 və 22.30 arasında polis məntəqələri, daimi polis postları və polis əməkdaşlarının yaşadıqları yerlərın ətrafında baş verib.
Partlayşıların əksəriyyəti yoldan keçən motoskletlərdən atılmış əl qumbaralı vasitəsilə törədilib.
Xəsarət alanlar barədə məlumat verilməyib.