...

Venesuelada etiraz aksiyaları başlanandan 1,3 min insan tutulub

Dünya xəbərləri Materials 22 Aprel 2017 05:05 (UTC +04:00)
Venesuelada etiraz aksiyaları başlanandan 1,3 min insan tutulub
Venesuelada etiraz aksiyaları başlanandan 1,3 min insan tutulub

Bakı. Trend:

Venesuelada etiraz aksiyaları başlanandan 1,3 min insan tutulub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero öz "Twitter" hesabında yazıb.

"Aprelin 4-dən bu günədək etiraz aksiyalarında iştiraka görə 1289 nəfər tutulub", - Romero yazıb.

Bundan əvvəl 585 nəfərin saxlanıldığı bildirilirdi.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları məhkəmənin üzvlərinin istefası tələbi ilə küçələrə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti