Bakı. Trend:
Suriya ilə İordaniya sərhədində partlayış baş verib, ölənlər var.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Əl-Mayədin telekanalı xəbər verib.
Məlumata görə, partlayış iki ölkənin sərhədində yerləşən Rekban qaçqın düşərgələrinə baş verib,
Qeyd olunur ki, terrorçular minalanmış avtomobili partladılıb, ölən və yaralananların dəqiq sayı məlum deyil.