...

Mançesterdəki terror aktının araşdırılması çərçivəsində 3 saxlanılan şəxs sərbəst buraxılıb

Dünya xəbərləri Materials 31 May 2017 06:23 (UTC +04:00)

Bakı. Trend:

Britaniya polisi Mançesterdəki terror aktının araşdırılması çərçivəsində 3 saxlanılan şəxsi sərbəst buraxıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Mançester polisi öz "Twitter" hesabında yazıb.

Məlumata əsasən, araşdırılma çərçivəsində 16 nəfər saxlanılıb. Onlardan 5-i sərbəst buraxılıb.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti