...

Britaniyanın hakim partiyası parlament çoxluğundan məhrum olub

Dünya xəbərləri Materials 9 İyun 2017 09:59 (UTC +04:00)
Britaniyanın Mühafizəkarlar Partiyası parlament çoxluğundan məhrum olub.
Britaniyanın hakim partiyası parlament çoxluğundan məhrum olub

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Tereza Meyin sədri olduğu Mühafizəkarlar Partiyası parlament çoxluğundan məhrum olub.

Trend xəbər verir ki, ilkin məlumata əsasən, hakim partiya İcmalar Palatasında 308 yer, leyboristlər 258, liberal demokratlar 12, şotland milliyyətçiləri 34, digər partiyalar isə 21 mandat əldə ediblər.

Bununla belə, ötən gün parlament seçkilərinin keçirildiyi ölkədə hələ 17 seçki məntəqəsində seəsvermənin nəticələri hesablanmayıb.

Britaniya parlamentinin İcmalar Palatasında cəmi 650 yer var. Parlament çoxluğuna malik olmaq üçün partiyaya 326 mandat qazanmaq lazımdır. Bundan əvvəl mühafizəkarlar 330 yerə sahib idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti