...

Türkiyədə kimya fabrikində partlayış - Fabrik yanır

Dünya xəbərləri Materials 6 İyul 2017 09:06 (UTC +04:00)
Türkiyənin Adana şəhərində güclü partlayış baş verib.
Türkiyədə kimya fabrikində partlayış - Fabrik yanır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Adana şəhərində güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayış yerli kimya fabrikində baş verib. Partlayışdan sonra fabrikdə yanğın başlayıb.

Hazırda hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb olunub, gücül yanğının qarşısının alınmasına cəhd edilir.

Partlayışın baş vermə səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti