...

Səudiyyə Ərəbistanı kralının qardaşı vəfat edib

Dünya xəbərləri Materials 14 İyul 2017 08:42 (UTC +04:00)
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun böyük qardaşı Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud 86 yaşında vəfat edib
Səudiyyə Ərəbistanı kralının qardaşı vəfat edib

Bakı. Trend:

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun böyük qardaşı Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud 86 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu haqda "Anadolu" agentliyi xəbər verib.

Qeyd edək ki, Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud keçmiş kral Abdullah bin Əbdüləziz əl-Səudun 7 oğlundan biridir.

O, 1983-2011-ci illərdə Səudiyyə Ərəbistanında müdafiə və aviasiya nazirinin müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti