...

Portuqaliyada yanğınlarla mübarizəyə 1,7 min yanğınsöndürən cəlb edilib

Dünya xəbərləri Materials 26 İyul 2017 16:32 (UTC +04:00)
Portuqaliyada tüğyan edən yanğının qarşısını almaq üçün 1,7 min yanğınsöndürən cəlb edilib.
Portuqaliyada yanğınlarla mübarizəyə 1,7 min yanğınsöndürən cəlb edilib

Bakı. Trend:

Portuqaliyada tüğyan edən yanğının qarşısını almaq üçün 1,7 min yanğınsöndürən cəlb edilib.

Trend-in məlumatına görə, həmçinin 17 yanğınsöndürən təyyarə də alovla mübarizə aparır.

Ən təhlükəli yanğın ocağı Lissabondan 200 kilometr şimalda Makao şəhərinin ətrafındadır. Şəhər meri elan edib ki, fermerlərə yanğın nəticəsində ciddi ziyan dəyib.

Hazırda Portuqaliya ərazisinin 70 faizi güclü quraqlıqdan əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti