Bakı. Trend:
ABŞ-ın Texas ştatında baş verən "Harvi" qasırğası nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir.
Daha əvvəl azı 44 nəfər həlak olduğu haqda xəbər verilirdi. Ən çox tələfat (30 nəfər) Texasın Harris dairəsində qeydə alınıb.
Qeyd edək ki, "Harvi" ABŞ ərazisində son 12 ildə ən dağıdıcı qasırğa olub.