...

Dünyanın ən ağır çəkili qadını vəfat etdi

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 13:27 (UTC +04:00)

Bakı. Trend:

Dünyanın ən ağır çəkili qadını Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabi xəstəxanaların birində vəfat edib.

Trend-in məlumatına görə, çəkisi 500 kiloqramadək çatan misirli İman Əhməd Abdulatti Əbu-Dabidə çəkisini azaltmaq üçün əməliyyatlar keçirib.

Bundan əvvəl isə o, Hindistanın Mumbay şəhərində müalicə alırmiş.

Lakin Əbu-Dabi xəstəxanasında o, 200 kiloqrama yaxın çəki itirsə də, yaxınları müalicə üsullarına etibar etmədiklərini bildiriblərmiş.

Qadının ölüm səbəbi kimi isə bağırsaq keçilməzliyi və böyrək çatışmazlığı göstərilib.

Xəbər lenti

Xəbər lenti