...

Balidə 57 min insan təxliyə edildi

Dünya xəbərləri Materials 26 Sentyabr 2017 08:48 (UTC +04:00)
İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi səbəbindən 57 min insan təxliyə edilib
Balidə 57 min insan təxliyə edildi

Bakı. Trend:

İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi səbəbindən 57 min insan təxliyə edilib.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, dövlət humanitar yardımı çərçivəsində insanlara döşəklər, ədyallar və vulkanik qazlar və küldən qorunmaq üçün maskalar verilir.

Vulkanın təhlükə səviyyəsi cümə günü ən yüksək səviyyəyə qaldırılıb. Vulkanın ətrafını 12 kilometr məsafədə mühasirəyə alınıb.

Qeyd edək ki, Aqunq vulkanında sonuncu dəfə 1963-196-cü illərdə güclü püskürmə olub. Bu püskürmə nəticəsində 1100 nəfərə yaxın insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti