...

Rusiyaya gələn Səudiyyə Kralının "trap problemi" ilə bağlı RƏSMİ açıqlama (VİDEO)

Dünya xəbərləri Materials 5 Oktyabr 2017 13:19 (UTC +04:00)
Kral təyyarədən enərkən trap-eskalatorda nasazlıq yaranmışdı.
Rusiyaya gələn Səudiyyə Kralının "trap problemi" ilə bağlı RƏSMİ açıqlama (VİDEO)

Bakı. Trend:

Rusiya Prezidentinin İşlər İdarəsi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun Moskvada hava limanına enərkən təyyarəsinin trapında yaranmış problemə aydınlıq gətirib.

Trend-in məlumatına görə, İdarənin mətbuat katibi Yelena Krılova bildirib ki, həmin trap-eskalator Səudiyyə Ərəbistanından gətirilib.

O bildirib ki, İşlər İdarəsinin balansında belə trap yoxdur.

Xatırladaq ki, Kral təyyarədən enərkən trap-eskalatorda nasazlıq yaranmışdı.

Qeyd edək ki, oktyabrın 4-də tarixdə ilk dəfə olaraq Səudiyyə Kralı Rusiyaya səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti