...

Qırğızıstan prezidenti Qazaxıstanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

Dünya xəbərləri Materials 7 Oktyabr 2017 14:14 (UTC +04:00)
Qırğızıstanın Prezidenti Almazbek Atambayev Qazaxıstan rəhbərliyini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
Qırğızıstan prezidenti Qazaxıstanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

Bakı. Trend:

Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstan rəhbərliyini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

Trend-in məlumatına görə, A.Atambayev qonşu ölkənin bu ay Qırğızıstanda keçiriləcək prezident seçkiləri prosesinə də müdaxilə etdiyini bildirib.

Sentyabrın sonunda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin prezidentliyə namizəd Omurbek Babanovla görüşməsi iki ölkə arasında diplomatik qalmaqala səbəb olmuşdu. Bişkek Astananın “Qırğızıstan xalqının seçiminə təsir etmək” istədiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti