...

Meksikada 4,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 14 Oktyabr 2017 02:14 (UTC +04:00)
Meksika sahillərində 4,1 bal gücündə zəlzələ baş verib
Meksikada 4,1 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Meksika sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Paredon şəhərindən 124 kilometr cənub-qərbdə, ocağı isə 25 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabr ayında Meksikada 2 güclü zəlzələ baş verib. Son rəsmi məlumatlara əsasən, sentyabrın 19-u baş verən zəlzələ nəticəsində 369 nəfər, sentyabrın 7-si baş verən zəlzələ nəticəsində isə 70 nəfərə yaxın insan həlak olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti