Bakı. Trend:
Türkiyənin İzmir şəhərində yol qəzası baş verib.
Trend-in məlumatına görə, İzmirin Bornova rayonunda içində 5 polis əməkdaşının olduğu avtomobil beton maneəyə çırpılıb.
İlkin ehtimala əsasən avtomobilin yolda sıxışdırılması nəticəsində sürücü idarəetməni itirib.
Qəza zamanı 2 polis ölüb, 3-ü ağır yaralanıb.
Asayiş keşikçilərinin 24-27 yaşlarında olduğu bildirilir.