Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyanın şimalındakı Pyemont vilayətində şiddətli meşə yanğınları davam edir.
Trend-in məlumatına görə, hazırda yanğınlar 3000 hektardan çox ərazini əhatə edib.
Yanğın zonasının yaxınlığında yaşayan 450-yə yaxın sakin təxliyə olunub.
Bundan başqa, yaxınlıqdakı qocalar evində yaşayan 180 nəfər oradan uzaqlaşdırılıb.
Məlumata gröə, yanğınların qarşısının alınması üçün 10-dan çox təyyarə cəlb olunub.
Xorvatiya hökuməti də yardım üçün 2 təyyarə göndərib.