...

Türkiyə "Sikorsky" vertolyotları alır

Dünya xəbərləri Materials 3 Noyabr 2017 14:34 (UTC +04:00)
Türkiyə ABŞ-dan "Sikorsky" şirkətinin 20 vertolyotunu almaq niyyətindədir.
Türkiyə "Sikorsky" vertolyotları alır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə ABŞ-dan "Sikorsky" şirkətinin 20 vertolyotunu almaq niyyətindədir.

Trend-in məlumatına görə, həmin vertolyotların Türkiyə Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin balansına verilməsi nəzərdə tutulur. Vertolyotların əsasən meşə yanğınları zamanı istifadə olunacağı bildirilir.

Məlumata görə, "Sikorsky" vertolyotları Türkiyəyə 2021-2023-ci illərdə tədarük ediləcək.

Qeyd edək ki, meşələr Türkiyə ərazisinin 27,6 faizini təşkil edir. Son 10 ildə isə ölkədə 24 mindən çox meşə yanğını qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti