...

Beynəlxalq koalisiya: İraq "demək olar ki, tamamilə" İŞİD-dən azad edilib

Dünya xəbərləri Materials 4 Noyabr 2017 03:14 (UTC +04:00)
İraq "demək olar ki, tamamilə" İŞİD terror qruplaşmasından azad edilib
Beynəlxalq koalisiya: İraq "demək olar ki, tamamilə" İŞİD-dən azad edilib

Bakı. Trend:

İraq "demək olar ki, tamamilə" İŞİD terror qruplaşmasından azad edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bəyanatında deyilir.

Bəyanatda deyilir: "Əl-Kami rayonunun azad edilməsi İŞİD-ə qarşı keçirilən kampaniyada mühüm rol oynayır. İraq təhlükəsizlik qüvvələri qlobal koalisiyanın dəstəyi ilə demək olar ki, İraqın bütün ərazisini İŞİD-dən azad ediblər".

Qeyd edək ki, İraq hərbçiləri pktyabrın 3-ü Suriya ilə sərhəddə yerləşən Əl-Kami şəhərini azad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti