...

Nazarbayev ən böyük arzusunu açıqladı - Kamçatkada olmaq

Dünya xəbərləri Materials 10 Noyabr 2017 14:43 (UTC +04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib
Nazarbayev ən böyük arzusunu açıqladı - Kamçatkada olmaq

Bakı. Trend:

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib.

Trend-in məlumatına görə, o, bu barədə Çelyabinskdə Rusiya-Qazaxıstan regionlararası əməkdaşlıq forumunda çıxış edərkən deyib.

O, hər iki ölkənin turizm potensialından danışıb.

N.Nazarbayev qeyd edib ki, Rusiyada qazaxıstanlı turistləri maraqlandıracaq çoxlu yerlər var:

“Rusiyada elə regionlar var ki, biz, qazaxıstanlılar hələ də tanımırıq. Mən Uzaq Şərqə, Kamçatkaya getməyi çox arzulayıram, amma heç cür alınmır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti