...

İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçıb

Dünya xəbərləri Materials 10 Noyabr 2017 15:29 (UTC +04:00)
İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb
İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb.

Trend-in məlumatına görə, nazir Kürd muxtariyyətində “müstəqillik” haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib.

Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.

Qeyd edək ki, A.Havrami 2006-cı ildən Kürd muxtariyyətinin energetika və təbii sərvətlər naziri vəzifəsində işləyib.

Xatırladaq ki, sentyabrın 25-də İraqın kürd muxtariyyəti müstəqillik haqqında qanunsuz "referendum" keçirib.

Xəbər lenti

Xəbər lenti