Bakı. Trend:
Türkiyənin Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə İdarəsi (AFAD) İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərib.
Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.
O qeyd edib ki, 30 xilasedici artıq Türkiyə-İraq sərhədindədir, daha 70 xilasedici isə ölkənin şərqinə göndəriləcək.
Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb. Yaralıların sayı isə 2500-ə çatıb.
İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.