...

Kadırov Şaxta baba ilə danışıqlar aparır - Nə barədə?

Dünya xəbərləri Materials 4 Dekabr 2017 13:34 (UTC +04:00)
Rusiyanın əsas Şaxta babası Çeçenistanın rəhbəri Ramzan Kadırovla görüş barədə danışıqlar aparıldığını bildirib
Kadırov Şaxta baba ilə danışıqlar aparır - Nə barədə?

Bakı. Trend:

Rusiyanın əsas Şaxta babası Çeçenistanın rəhbəri Ramzan Kadırovla görüş barədə danışıqlar aparıldığını bildirib.

Trend-in məlumatına görə, R.Kadırovun Şaxta babanın məskəni hesab olunan Veliki Ustyuq şəhərinə səfəri planlaşdırılır.

Hazırda danışıqlar səfərin tarixinin müəyyənləşdirilməsi ilə bağlı aparılır.

Eyni zamanda Şaxta baba bu il Çeçenistana getməyəcəyini açıqlayıb. O, bu bölgədə hələ 3 il əvvəl olduğunu və orada Rusiyanın ən hündür yolkasını işıqlandırdığını xatırladıb.

Xəbər lenti

Xəbər lenti