...

Meksikada "narkotik müharibələri"ndə 10 nəfər öldü

Dünya xəbərləri Materials 9 Dekabr 2017 10:17 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Verakrus ştatında sutka ərzində narkotik tacirləri arasında baş verən atışmalarda 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu hadisələr narkotik vasitələr üzərində nəzarətin ələ keçirilməsi ilə bağlı baş verib.

Qeyd olunur ki, Koatsakoalkos şəhərində silahlı şəxslər avtomobil yuma məntəqəsinə daxil olaraq orada olan 6 nəfəri güllələyib.

Daha dörd nəfərin ayrı-ayrı şəhərlərdə baş verən atışmada həlak olduğu bildirilir.

Qeyd edək ki, Mexikoda da daha əvvəl qruplaşmalar arasında atışmada 7 nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti