...

Rusiya Suriyadan qoşunları çıxarır

Dünya xəbərləri Materials 11 Dekabr 2017 14:07 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin bu gün səhər saatlarında Suriyanın Hmeymim şəhərinə səfər edib
Rusiya Suriyadan qoşunları çıxarır

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin bu gün səhər saatlarında Suriyanın Hmeymim şəhərinə səfər edib.

Trend-in məlumatına görə, V.Putin orada Rusiyanın aviabazasına baş çəkib.

Hmeymim aerodromunda Rusiya prezidentini Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiyanın Suriyadakı qoşun qruplarının komandanı Sergey Surovikin qarşılayıb.

V.Putin Rusiya qoşun qruplarının Suriyadan çıxarılmasına hazırlıq barədə əmr verib.

Xəbər lenti

Xəbər lenti