...

Avropanın ən yaşlı qadın sakini 116 yaşında İspaniyada vəfat edib

Dünya xəbərləri Materials 16 Dekabr 2017 19:08 (UTC +04:00)

Bakı. Trend:

Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan 1,5 ay sonra Barselonadakı qocalar evində vəfat edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. Onun səhhətində, demək olar, heç bir problem olmayıb.

A.Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 65 yaşı var.

Xəbər lenti

Xəbər lenti