...

Türkiyə ilə Fransa uzaq məsafəli raketlərin alınması barədə saziş imzaladı

Dünya xəbərləri Materials 5 Yanvar 2018 18:39 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə ilə Fransa arasında uzaq məsafəli raketlərin alqı-satqısı barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya səfəri çərçivəsində baş tutub.

Qeyd olunur ki, saziş “Aster-30 Block 1 NT” uzaq məsafəli raketlərin alqı-satqısını nəzərdə tutur.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfər edib. Səfər zamanı o, fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Xəbər lenti

Xəbər lenti