Dağıstanda məscid imamı qətlə yetirilib

Dünya xəbərləri Xəbər 7 Yanvar 2018 05:22 (UTC +04:00)

Bakı. Trend:

Dağıstanda məscidin imamı Sayqidaxmed Maqomedov öldürülüb.

Trend-in rus KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hadisə Xasavyurt rayonunun Mutsalaul kəndində baş verib. İmam naməlum şəxslər tərəfindən yaşadığı evin qarşısında güllələnərək qətlə yetirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti