...

Şoyqu: Bir sıra Asiya ölkələri S-400 sistemləri almaq istəyir

Dünya xəbərləri Materials 23 Yanvar 2018 11:13 (UTC +04:00)
Bir sıra Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri Rusiyadan S-400 zenit-raket sistemlərinin alışına maraq göstərir.
Şoyqu: Bir sıra Asiya ölkələri S-400 sistemləri almaq istəyir

Bakı. Trend:

Bir sıra Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri Rusiyadan S-400 zenit-raket sistemlərinin alışına maraq göstərir.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

O, hazırda müvafiq danışıqların aparıldığını deyib: "Bu gün iki S-400 kompleksi Suriyada Hmeymim və Tartusun hava hücumundan etibarlı müdafiəsini təmin edərək gecə-gündüz növbə çəkir. Taktiki-texniki xüsusiyyətləri baxımından bu unikal komplekslərin dünyada tayı-bərabəri yoxdur. Bunu NATO üzvü olan Türkiyə ilə S-400-lərin tədarükü üzrə imzalanmış müqavilə də aydın şəkildə təsdiq edir".

Bununla belə, S.Şoyqu konkret olaraq hansı Asiya ölkələrinin S-400 zenit-raket sistemlərinə maraq göstərdiyini açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti