...

Fransada nazirin istefası tələb olunur - Zorlamaya görə

Dünya xəbərləri Materials 29 Yanvar 2018 16:45 (UTC +04:00)
Fransanın müxalif “Respublikaçılar” partiyası ölkənin dövlət xidmətləri və dövlət büdcəsi naziri Jerald Darmanenin istefasını tələb edib
Fransada nazirin istefası tələb olunur - Zorlamaya görə

Bakı. Trend:

Fransanın müxalif “Respublikaçılar” partiyası ölkənin dövlət xidmətləri və dövlət büdcəsi naziri Jerald Darmanenin istefasını tələb edib.

Trend-in məlumatına görə, bu, nazirin cinsi zorakılıqda ittiham olunması ilə əlaqədardır.

Qeyd olunur ki, bir qadın 2009-cu ildə J.Darmanenə hüquqi yardım üçün müraciət etdiyini və cinsi zorakılığa məruz qaldığını iddia edib.

Bu hadisə ilə əlaqədar cinayət işi açılıb.

Hazırda müxalifət nümayəndələri təhqiqatın davam etdiyi müddətdə nazirin istefaya getməli olduğunu bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti