...

BMT: Qəzza fəlakət astanasındadır

Dünya xəbərləri Materials 30 Yanvar 2018 22:01 (UTC +04:00)
Qəzza zolağı iqtisadiyyat və sosial sahənin tam iflası astanasındadır
BMT: Qəzza fəlakət astanasındadır

Bakı. Trend:

Qəzza zolağı iqtisadiyyat və sosial sahənin tam iflası astanasındadır.

Trend-in məlumatına görə, bu barədə Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi əlaqələndiricisi Nikolay Mladenov deyib.

Onun sözlərinə görə, bu məsələ yanvarın 31-də Belçikada keçiriləcək donorların görüşündə asas mövzulardan olacaq.

Mladenov vurğulayıb ki, İki milyon əhalisi olan bölgənin problemlərinin həlli yalnız Qəzza zolağının Fələstin Milli Administrasiyasının (FMA) idarəçiliyi altına qayıtmasından sonra mümkün olacaq.

Xatırladaq ki, hal-hazırda Qəzza zolağı HƏMAS hərəkəti tərəfindən idarə olunur. 2007-ci ildən etibarən FMA yalnız İordan çayının Qərb sahilinə nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti