Bakı. Trend:
Rusiyada pilotsuz vertolyot yaradılıb.
Trend-in məlumatına görə, hazırda belə vertolyotlardan iki nümunə hazırlanıb. Onlardan biri Sənaye avtomatikasının konstruktor bürosunda yerüstü sınaqdadır.
Uçuş kütləsi 500 kq, sürəti saatda 150 km-ə qədər olan bu vertolyotlar 150 kq-dək yük qaldıra bilərlər.
Pilotsuz helikopterlərin uçuş sınağına 2018-ci ilin ikinci yarısında başlamaq planlaşdırılır.
Yeni texnikanın həm hərbi, həm də mülki baxımdan yaxşı perspektivləri olduğu bildirilir.