...

ABŞ Milli Təhlükəsizlik Agentliyinə yeni direktor təyin edildi - KİM?

Dünya xəbərləri Materials 15 Fevral 2018 13:10 (UTC +04:00)
ABŞ-ın ən məxfi orqanı - Milli Təhlükəsizlik Agentliyinə yeni direktor təyin edilib.
ABŞ Milli Təhlükəsizlik Agentliyinə yeni direktor təyin edildi - KİM?

Bakı. Trend:

ABŞ-ın ən məxfi orqanı - Milli Təhlükəsizlik Agentliyinə yeni direktor təyin edilib. Trend-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu vəzifəyə general-leytenant Pol Nakasoneni təyin edib.

Qeyd edək ki, onun təyinatını bundan sonra Konqresin Senatı təsdiq etməlidir.

Bildirilir ki, P.Nakasone eyni zamanda ABŞ Hərbi Qüvvələrinin Kiber Komandanlığına da rəhbərliyi həyata keçirəcək.

Onun kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssis olduğu qeyd olunur.

54 yaşlı P.Nakasone 2016-cı ilin oktyabrından ABŞ quru qoşunlarının Kiber Komandanlığına rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti