...

"Zeytun budağı"nın SON GÜNDƏLİYİ - 52 məntəqə azad edilib

Dünya xəbərləri Materials 16 Fevral 2018 09:06
Türkiyənin Afrində kçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 52-ə çatıb.
"Zeytun budağı"nın SON GÜNDƏLİYİ - 52 məntəqə azad edilib

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Afrində kçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 52-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Baş Qərargah məlumat yayıb.

Qeyd edək ki, ötən gün isə Türkiyə Hərbi Qüvvələrinin Afrində Duraklı, Karri, Yuxarı Divan, Şarbanlı və Şedya kəndələrini nəzarət altına almaları barədə məlumat verilmişdi.

Qərargahın yaydığı son məlumata görə, döyüşlər zamanı 7 türk hərbçisi yaralanıb, zərəsizləşdirlən terrorçuların sayı isə 1500-ü keçib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti