...

Hindistanda Leninin heykəlini uçurublar - Buldozerlə

Dünya xəbərləri Materials 6 Mart 2018 16:21 (UTC +04:00)
Hindistanın şimal-şərqindəki Beloniya şəhərində naməlum şəxslər Vladimir Leninin heykəlini buldozerlə uçurub
Hindistanda Leninin heykəlini uçurublar - Buldozerlə

Bakı. Trend:

Hindistanın şimal-şərqindəki Beloniya şəhərində naməlum şəxslər Vladimir Leninin heykəlini buldozerlə uçurub.

Trend-in məlumatına görə, hadisə millətçi partiyanın yerli seçkilərdə qalib gəlməsindən 2 gün sonra baş verib.

Qeyd olunur ki, bölgədə uzun müddət Kommunist partiyası hakim partiya olub.

Hindistanda paytaxt Dehli də daxil olmaqla, Leninin bir neçə heykəli mövcuddur. Beloniya şəhərindəki heykəl keçmiş SSRİ rəhbərinin Hindistanda uçurulan ilk heykəli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti