Bakı. Trend:
Sakit okeanda, Fici adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ficinin paytaxtı Suvadan 425 kilometr cənub-şərqdə, ocağı isə 525 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.