...

Kemerevodakı yanğında xəsarət alanların sayı 79-a çatıb

Dünya xəbərləri Materials 29 Mart 2018 09:57 (UTC +04:00)
Xəsarət alanlardan 67-ə ambulator yardım göstərilib.
Kemerevodakı yanğında xəsarət alanların sayı 79-a çatıb

Bakı. Trend:

Rusiyanın Kemerevo şəhərində baş verən dəhşətli yanğında xəsarət alanların sayı 79-a çatıb.

Trend-in məlumatına görə, bu gün 12 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 67-ə ambulator yardım göstərilib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Ötən gün isə Kemerovo vilayət məhkəməsi "Zimnyaya vişnya" ticarət mərkəzindəki yanğınla bağlı mərkəzin rəhbəri Nadejda Suddenokun həbs edilməsi barədə qərar çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti