Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbulda keçirilən polis əməliyyatı nəticəsində 9 İran vətəndaşı saxlanılıb.
Trend-in məlumatına görə, saxlanılanlar narkotik ticarətində ittiham olunur.
Onlara qarşı həmçinin insan oğurluğu ittihamı irəli sürülüb.
Qeyd olunur ki, həmin qrupa İran vətəndaşı Naci Şərifi Zindəşti rəhbərlik edir.