...

Türkiyə XİN Suriyada hava əməliyyatlarını alqışlayır

Dünya xəbərləri Materials 14 Aprel 2018 10:09 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Suriyada həyata keçirilmiş hava əməliyyatlarını alqışlayır.

Trend-in məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, Suriyada kimyəvi obyektlərə endirilən zərbələr Duma şəhərində dinc sakinlərə qarşı edilən kimyəvi hücumlara cavabdır.

Xatırladaq ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər.

Xəbər lenti

Xəbər lenti