Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron Rusiyaya səfər edəcəyini təsdiq edib.
Trend-in məlumatına görə, Fransa prezidenti "BFMTV" telekanalına müsahibəsi zamanı səfərin may ayında baş tutacağını bildirib.
Qeyd edək ki, daha əvvəl Emmanuel Makronun Moskva və Sankt-Peterburqa səfər edəcəyi bildirilirdi. Şərqin Suriyaya endirdiyi zərbələrdən sonra Fransanın XİN rəhbəri Jan-iv Le Drian bildirmişdi ki, Makronun Rusiyaya səfəri dəqiqdir.