...

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların ləğv olunması üçün şərtləri açıqlayıb

Dünya xəbərləri Materials 24 Aprel 2018 07:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları denuklearizasiyası üzrə konkret addımlar görməyənə qədər ləğv etməyəcək.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders deyib: "Bizim məqsəd - yarımadanın denuklearizasiyasıdır. Biz tam denuklearizasiya üzrə konkret fəaliyyət görməyənə qədər maksimum təzyiq göstərilməsi ilə bağlı kampaniyanı davam etdirəcəyik. Biz Şimali Koreya tərəfindən konkret tədbirlər görməyənə qədər heç bir sanksiya ləğv edilməyəcək".

Sanders qeyd edib ki, ABŞ Phenyanın sözlərinə inanmır.

Xəbər lenti

Xəbər lenti