Bakı. Trend:
Rusiyanın Ermənistandakı səfirliyi Yerevanda davam edən etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Trend-in məlumatına görə, səfirlik əməkdaşlarına bu gün səfirlik ərazisindən çıxmamaq tövsiyə olunub.
Bundan başqa, diplomatik missiyaya giriş-çıxışlar da məhdudlaşdırılıb.
Xatırladaq ki, bir müddət Rusiya XİN Ermənistandakı vətəndaşlarına kütləvi yerlərdən uzaq durmağı tövsiyə etmişdi.