...

Kim Çen In Yaponiya ilə "istənilən vaxt" danışıqlara hazırdır

Dünya xəbərləri Materials 29 Aprel 2018 11:55 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Yaponiya ilə "istənilən vaxt" danışıqlara hazırdır
Kim Çen In Yaponiya ilə "istənilən vaxt" danışıqlara hazırdır

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Yaponiya ilə "istənilən vaxt" danışıqlara hazırdır.

Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə telefon danışığı zamanı Cənubi Koreya prezidenti Mun Çje İn Yaponiyanın baş naziri Şinzo Abeyə deyib.

Qeyd edək ki, aprelin 27-si Pxanmuncomda Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR-nın lideri Kim Çen In arasında görüş olub. Danışıqların yekunları üzrə iki ölkənin liderləri birgə "Sülh, çiçəklənmə və Koreya yarımadasının birləşməsi haqqında Pxanmuncom bəyannaməsi" imzalayıblar.

Xəbər lenti

Xəbər lenti