...

Ərdoğan: Türkiyə ABŞ və İsraildəki səfirlərini geri çağırır

Dünya xəbərləri Materials 15 May 2018 02:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə ABŞ və İsraildəki səfirlərini Qəzzada baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq üçün geri çağırır.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Əroğan deyib.

Ərdoğan bildirib: "Türkiyə buna sərt reaksiya verəcək. Biz Vaşinqton və Tel-Əvivdəki səfirlərimizi məsləhətləşmələr üçün geri çağırdıq".

Ərdoğan İsraili terror dövləti, onun fələstinlilərə qarşı addımlarını isə soyqırım adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti