...

İsrail Prezidenti Fələstin liderini təbrik edib

Dünya xəbərləri Materials 5 İyun 2018 15:45 (UTC +04:00)
İsrail Prezidenti Fələstin liderini təbrik edib.
İsrail Prezidenti Fələstin liderini təbrik edib

Bakı. Trend:

İsrail Prezidenti Reuven Rivlin Fələstin lideri Mahmud Abbası müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Trend-in Fələstin KİV-ə istinadən verdiyi məlumata görə, bazar ertəsi İsrail Prezidenti M.Abbasa zəng edib. Telefon danışığı zamanı R.Rivlin Fələstin Dövlətinin rəhbərini sağalması və müqəddəs Ramazan ayınını başlaması münasibətilə təbrik edib.

M.Abbas təbrikə görə İsrail rəhbərinə minnətdarlığını bildirib.

Qeyd edək ki, M.Abbas mayın sonunda xəstəxanadan evə buraxılıb. O, ağciyər iltihabından müalicə alırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti