...

Maduro: Kolumbiya Venesuela ilə müharibəyə başlamaq istəyir

Dünya xəbərləri Materials 16 İyun 2018 06:14 (UTC +04:00)
Venesuela prezidenti Nikolas Maduro Kolumbiya lideri Xuan Manuel Santosun hərbi münaqişəyə başlamaq niyyətində olduğunu bildirib
Maduro: Kolumbiya Venesuela ilə müharibəyə başlamaq istəyir

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro Kolumbiya lideri Xuan Manuel Santosun hərbi münaqişəyə başlamaq niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bunları Venesuela lideri hərbçilər qarşısında çıxışı zamanı bildirib.

N.Maduro deyib: "Xuan Manuel Santosun rəhbərlik etdiyi Kolumbiya höküməti silahlı münaqişə yaratmaq üçün Venesuela və Kolumbiya ərazisində hərbi xarakterli təxribat və aktlar seriyası hazırlayır".

Venesuela prezidenti hərbçiləri Santosun planlarına mane olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti