Bakı. Trend:
Vladivostok hava limanı, KXDR lideri Kim Çen Inın şəxsi təyyarəsi hesab edilən Chammae-1 təyyarəsinin bazar ertəsi aeroport ərazisində 3 saat ərzində qaldığına dair məlumatları təkzib edib.
"Vladivostok hava limanında belə bir təyyarənın olmadığı üçün məlumatlar səhvdir", - bunu aeroportun rəsmi nümayəndəsi söyləyib.
"Dünən Şimali Koreya təyyarələrindən hava limanında yalnız Air Koryo'ya məxsus sərnişin təyyarəsi eniş etmişdir, bu da həftədə bir dəfə Pxenyandan uçuş edən təyyarədir", - rəsmi nümayəndə əlavə edib.
Daha əvvəl qərb aviasiya mənbələrinin məlumatlarına istinadən verilən xəbərə əsasən, KXDR lideri Kim Çen Inın şəxsi təyyarəsi hesab edilən Chammae-1 təyyarəsi iyulun 9-da Vladivostok hava limanı ərazisində göründüyü iddia edilirdi.