...

Qazaxıstanda cərimə meydançasında 45 avtomobil yanıb

Dünya xəbərləri Materials 15 İyul 2018 05:16 (UTC +04:00)
Qazaxıstanın Şımkent şəhərində cərimə meydançasında 45 avtomobil yanıb
Qazaxıstanda cərimə meydançasında 45 avtomobil yanıb

Bakı. Trend:

Qazaxıstanın Şımkent şəhərində cərimə meydançasında 45 avtomobil yanıb.

Trend-in məlumatına görə, yanğın yerli vaxtla saat 01:14-də cərimə meydançasında dayanan "KamAz"da başlayıb və digər avtomobillərə və yaxınlıqdakə mebel sexinə keçib. Yanan avtomobillərin 35-i utilizasiyası üçün nəzərdə tutulan, 10-u isə cərimələnmiş avtomobillər olub.

Ümumilikdə yanğının ərazisi 294 kv. m. təşkil edib. Yanğının söndürülməsinə 76 yanğınsöndürən və 17 xüsusi texnika cəlb olunub. Yanğın 2 saat sonra söndürülüb. Xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti